Ölümündən əvvəl video çəkibmiş... - Foto

04.08.2025
-
16:00
|
|
Masallı rayonunda intihar hadisəsi baş verib.
Referans xəbər verir ki, rayonun Nəzəroba kəndinin 1996-cı il təvəllüdlü sakini Fətulayev Pərvin Fəxrəddin oğlu özünü yaşadığı
evin həyətindəki tikilidə asıb.
Bildirilib ki, P.Fətullayev hadisədən əvvəl video çəkib. O, həmin videoda ailədaxili problemlərinin olduğunu bildirib, həmçinin aldığı
kəndiri göstərib. Az sonra P.Fətullayev həyatına son qoyub.
Qeyd edək ki, P.Fətullayev 2016-cı ildə Aprel döyüşlərində iştirak edərək xəsarət alıbmış./“Qafqazinfo”