Rusiyadakı azərbaycanlılarla bağlı daha bir xoşagəlməz xəbər

rusiyadaki-azerbaycanlilarla-bagli-daha-bir-xosagelmez-xeber-1754307658
|
|

  Rusiyada azərbaycanlılara qarşı basqılar davam edir.

Referans bildirir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, Rusiya hökuməti bu ölkədə yaşayan və fəaliyyət göstərən azərbaycanlılara qarşı savaş açıb.

Belə ki, Rusiyanın bütün şəhərlərində azərbaycanlı iş adamlarına qarşı basqılar artıb, onların fəaliyyətləri yoxlanılır.

Rusiyanın vergi xidməti şirkət sahibi olan soydaşlarımıza qarşı təzyiqləri artırıb. Azərbaycanlıların şirkətlərində kütləvi yoxlamalara başlanılıb.

Artıq məsuliyyətə cəlb olunanların da olduğu bildirilir.

Proseslər onu göstərir ki, artıq Rusiya höküməti azərbaycanlılara qarşı savaş elan edib və bu iki ölkə arasında gərginliyi daha da artıra bilər.