Litva hökuməti istefa verdi

04.08.2025
-
16:13
|
|
Litva hökuməti ölkə prezidentini istefa verməsi barədə məlumatlandırıb.
Referans Teleqraf-a istinadla xəbər verir ki, bu qərar hökumətin xüsusi iclasında qəbul olunub.
Rəsmi məlumatda bildirilir ki, Baş nazir istefa verdikdə qanunvericiliyə əsasən bütün hökumət də istefa etməlidir və bu barədə
prezidentə məlumat verilir.
Qeyd edək ki, Baş nazir Gintautas Palutskasın iyulun 31-də istefa verdiyini açıqlayıb.