Fuad Xəlilova yeni vəzifə verildi

fuad-xelilova-yeni-vezife-verildi-1754318490
|
|

  “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun İdarə Heyətinə yeni üzv təyin olunub.

Referans Reporta-a istinadən xəbər verir ki, bu posta 2025-ci ilin aprel ayından İdarənin aparat rəhbəri vəzifəsində çalışan Fuad Xəlilov gətirilib.

Qeyd edək ki, F.Xəlilov əmək fəaliyyətinə ölkənin aparıcı banklarında başlayıb, 17 il ərzində maliyyə sektorunda müxtəlif rəhbər vəzifələrdə işləyib.