Ərdoğan Starmerlə danışdı: nələri müzakirə etdilər?

04.08.2025
-
23:45
|
|
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Böyük Britaniyanın Baş naziri Keyr Starmer arasında telefon danışığı olub.
Referans xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Onlar Türkiyə ilə Böyük Britaniya arasında ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər.
Ərdoğan Baş nazirin diqqətinə Qəzzada humanitar vəziyyətin kritik həddə olduğunu da çatdırıb.
O, Türkiyənin Qəzzaya davamlı olaraq humanitar yardım göndərdiyini və vasitəçilərin bölgədə atəşkəsə nail olmaq üçün səylərini dəstəklədiyini bildirib.
Türkiyə Prezidenti İngiltərə Baş nazirinə Fələstin Dövlətinin tanınması ilə bağlı verdiyi açıqlamalara görə təşəkkür edib./Globalinfo.az