Araz-Naxçıvan   braziliyalı oyunçu ilə gücləndi

araz-naxcivannbsp-nbspbraziliyali-oyuncu-ile-guclendi-1754377582
|
|

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Araz-Naxçıvan” braziliyalı futzalçı transfer edib.

Referans xəbər verir ki, ölkə çempionu Aleksanderson Teyşera Barbosa ilə anlaşıb. 

25 yaşlı futzalçı ilə 1 illik müqavilə imzalanıb. O, ötən mövsümü Qazaxıstanın “Jetısu” klubunda keçirib.

Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində F qrupunda yer alacaq. Avqustun 27-də Şimali İrlandiyanın “Sparta

Belfast”, ertəsi gün Şotlandiyanın “PYF Saltires”, avqustun 30-da isə Avstriyanın “Ljuti Krajişniçi” komandaları rəqib olacaq. Bu qrupun oyunları

Avstriyada keçiriləcək. Yalnız qrup qalibi əsas mərhələyə yüksələcək.