Xocalıda yanğına səbəb olan şəxs saxlanıldı

05.08.2025
-
13:05
|
|
Avqustun 4-də Xocalı rayonunun Xanyurdu kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən
olunub.
Referans xəbər verir ki,DİN-in Mətbuat Xidmətinin regional qrupundan Globalinfo.az-a bildirilib ki, araşdırmalarla yanğının 2004-
cü il təvəllüdlü Murad Abdulxalıqovun ərazidə məişət tullantılarını yandırdığı ocaqla ehtiyatsız davranması nəticəsində baş
verdiyi məlum olub.
Hadisə nəticəsində təxminən 500 kv.m sahədə kol-kos yanıb.
Murad Abdulxalıqov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.