“Aİ-95” benzinlə bağlı SON DƏQİQƏ xəbəri yayıldı

05.08.2025
-
13:05
|
|
Yerli KİV-də yayılan məlumatlara görə, Bakının bir çox yanacaqdoldurma məntəqələrində “Aİ-95” premium benzinin satışı dayandırılıb. İddia olunur ki, “Aİ-95″ premium bahalaşacaq.
Bu barədə "SOCAR Petroleum" QSC-nin İctimaiyyətlə əlaqələr şöbə rəisi Afaq Rza Metbuat.az-ın sorğusuna cavab verib.
O bildirib ki, “SOCAR” brendli yanacaqdoldurma stansiyalarında (YDS) “Aİ-95” markalı yanacağın satışı dayandırılmayıb:
“Sadəcə olaraq, yüksək tələbat səbəbindən bəzi stansiyalarda yanacaq ehtiyatı müvəqqəti olaraq bitib. Bu gündən etibarən isə bütün YDS-lərdə “Aİ-95” markalı yanacağın satışı tam bərpa olunur və sürücülər bütün stansiyalardan fasiləsiz şəkildə yanacaq əldə edə biləcəklər”, - deyə açıqlamada qeyd olunub.