İranın nüvə alimləri gizli şəkildə Rusiyaya GETDİ - SENSASİON DETALLAR

iranin-nuve-alimleri-gizli-sekilde-rusiyaya-getdi-sensasion-detallar-1754388092
|
|

  İranın nüvə proqramı ilə əlaqəli alimlər gizli şəkildə Rusiyaya səfər ediblər.

Referans  xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb.

Məlumatda bildirilir ki, 2024-cü ilin avqustunda diplomatik pasportlarla Rusiyaya gələn İran nümayəndə heyəti “Rostec” dövlət korporasiyası ilə

əlaqəli elmi qurumlara, “TechnoExpert” və “Toriy” şirkətlərinə baş çəkib.

Həmin müəssisələr həm mülki, həm də hərbi sahələrdə istifadə olunan, o cümlədən nüvə silahı hazırlanmasına yararlı ikili təyinatlı

texnologiyalarla işləyir.

Nümayəndə heyətinə tərkibində ABŞ-ın İranın gizli nüvə proqramının birbaşa varisi hesab etdiyi SPND adlı gizli bölmənin nüvə alimi Əli Kalvand da

olub.

Qərb ekspertləri bu səfəri SPND-nin beynəlxalq sanksiyalardan yayınaraq ikili təyinatlı texnologiyalar vasitəsilə nüvə potensialı əldə etməyə

yönəlmiş addımlarından biri kimi qiymətləndirir.

Səfər eyni zamanda İran alimlərinin şübhəli fəaliyyəti və xaricdən nüvə texnologiyası əldə etməyə cəhdlərinin artdığı dövrə təsadüf edib.

Diqqətçəkən məqamlardan biri isə Əli Kalvandın rus dilində mükəmməl danışması və təhsilini Kiyev Politexnik Universitetində

almasıdır./Musavat.com