Naxçıvanda yanğın oldu

05.08.2025
-
19:36
|
|
Naxçıvanın Babək rayonunun Göynük kəndində ümumi sahəsi 72 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə, tövləyə bitişik sahəsi 200 m² olan çardağın yanar konstruksiyaları 70 m² sahədə, digər bitişik sahəsi 64 m² olan çardağın yanar konstruksiyaları və altında yığılan 15 ton ot bağlaması yanıb.
Bu barədə Referans-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.