Kəlbəcərdə hərbçi minaya düşdü

kelbecerde-herbci-minaya-dusdu-1754420557
|
|

  Goranboy sakini Kəlbəcərdə minaya düşüb.

Referans APA-ya istinadən xəbər verir ki, hadisə Kəlbəcər rayonu ərazisində qeydə alınıb.

Belə ki, Goranboy rayonunun Qazanbulaq qəsəbə sakini 1986-cı il təvəllüdlü E. Tanrıverdiyev Kəlbəcər rayon ərazisində minaya düşərək xəsarət alıb.

O xəstəxanaya yerləşdirilib. Hal-hazırda vəziyyətinin normal olduğu bildirilir.

Teleqraf-ın xəbərinə görə, Kəlbəcər rayonunda müddətdən artıq xidmət edən hərbçidir (MAXE).

Qeyd edilib ki, Goranboy rayon sakini olan E.Tanrıverdiyev üç ildən artıqdır MAXE kimi xidmət edir.

Faktla bağlı araşdırma aparılır.