Məşhur müğənniyə ayı hücum edib,işçisi ağır yaralanıb - ŞOK VİDEO

meshur-mugenniye-ayi-hucum-edibiscisi-agir-yaralanib-sok-video-1754475966
|
|

Məşhur tatar müğənnisi və Başqırdıstanın əməkdar artistinə ayı hücum edib.

Referans  xəbər  verir   ki,SHOT-un məlumatına görə, Gülnaz Asayeva musiqiçilər və komanda üzvləri ilə birlikdə  təbiətin qoynunda istirahət edərkən  hadisə  baş  verib.

Həyat yoldaşının  doğum  gününü  qeyd  edərkən  bişirdikləri  yeməyin qoxusuna  əraziyə  gələn  ayı  onlara  hücum  edib. Hadisə  anı  telefonla  lentə  alınıb.

Müğənninin konsert direktoru Vadim Fatxinurov   ağır  yaralanıb.O,xəstəxanaya aparılıb.Müğənni qorxunc  hadisədən sonra sarsıntı keçirib.

Həmçinin oxuyun