"Qalatasaray"da yeni müqavilə

qalatasarayda-yeni-muqavile-1754476838
|
|

  Türkiyənin "Qalatasaray" komandası futbolçusu Yunus Akgünlə müqaviləni uzadıb.

Referans xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı oyunçu ilə 2029-cu ilədək müqavilə imzalanıb.

Onun hazırkı sözləşməsi 2026-cı ildə başa çatırdı.

Y. Akgün İstanbul təmsilçisinin yetirməsidir.