Qala qəsəbəsində ağır qəza: Ölən və yaralananlar var - Fotolar

qala-qesebesinde-agir-qeza-olen-ve-yaralananlar-var-fotolar-1754498654
|
|

  Xəzər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Referans xəbər verir ki, hadisə Qala qəsəbəsi ərazisində qeydə alınıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, avqustun 6-da saat 17:30 radələrində paytaxtın Xəzər rayonunun Qala qəsəbəsi ərazisində “Ford” və “Range Rover” markalı avtomobillər toqquşub.

Nəticədə “Ford” markalı avtomobilin sərnişini 1994-cü il təvəllüdlü Göyüşlü Ləman Elçin qızı hadisə yerində ölüb, 4 nəfər isə xəsarət alıb.

Araşdırma aparılır.