Saakaşvilidən Azərbaycan açıqlaması: Yaxında tarixi hadisə olacaq

saakasviliden-azerbaycan-aciqlamasi-yaxinda-tarixi-hadise-olacaq-1754500660
|
|

  Tezliklə Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanacaq.

Referans Teleqraf-a istinadən xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib.

“Avqustun 8-də Vaşinqtonda çox mühüm tarixi hadisə baş verəcək: Azərbaycan və Ermənistan Donald Tramp vasitəsilə sülh müqaviləsi imzalayacaq.

Prezident Əliyevlə Baş nazir Paşinyan bir müddətdir danışıqlar aparır, amma ABŞ prezidentinin vasitəçiliyi ilə proses sürətlənib. O gün dünya tarixində Qafqazın Rusiyanın caynağından azad olunma tarixi kimi qalacaq.

Rusiya artıq rəsmi olaraq üç Cənubi Qafqaz ölkəsindən ikisində hegemonluğunu itirir”, – sabiq prezident bildirib.

M.Saakaşvili əlavə edib ki, Rusiya daxildəki şəbəkəsi vasitəsilə Gürcüstana nəzarəti saxlasa da, bu vəziyyətdə dəyişmək üzrədir.