Hakan Fidan Suriyaya getdi

hakan-fidan-suriyaya-getdi-1754568071
|
|

Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyaya səfər edib.

Referans xəbər verir ki, bu barədə məlumatı "NTV" yayıb. 

Türkiyənin XİN rəhbərinin Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şaraa ilə görüşü planlaşdırılır.

H.Fidanın Dəməşqdə keçirəcəyi görüşlərdə iki ölkə arasındakı münasibətlər, Suriyanın bərpası və terrorla mübarizə məsələlərinin müzakirə ediləcəyi gözlənilir.