Rusiyanın vurduğu qaz kəməri fəaliyyətini davam etdirir

07.08.2025
-
18:08
|
|
Çərşənbə günü Rusiyanın pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalmış Ukraynanın cənubundakı “Orlovka” qaz kəməri ilə təchizat bərpa edilib.
Referans xəbər verir ki, bu barədə Ukraynanın qaz nəqli şirkəti məlumat yayıb.
“Tədarük əvvəlki qaydada həyata keçirilir. Cümə axşamı Rumıniya ilə sərhəd yaxınlığında yerləşən “Orlovka” vasitəsilə 0,42 milyon kubmetr qazın nəql edilməsi planlaşdırılır”, – operatorun nümayəndəsi bildirib.//Globalinfo.az