Əhməd əl-Şaraa Hakan Fidanla görüşdü - FOTO

07.08.2025
-
20:38
|
|
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan, Suriyaya səfəri çərçivəsində Suriya Prezidenti Əhməd əl-Şaraa tərəfindən qəbul olunub.
Referans xəbər verir ki, bu barədə "Star" məlumat yayıb.
Bildirilib ki, görüşdə, Əsəd rejiminin devrilməsindən sonra keçən 8 ay ərzində Türkiyə ilə Suriya arasında müxtəlif sahələrdə əldə olunan irəliləyişlər müzakirə edilib.
Görüşdə həmçinin ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi məsələsi diqqət mərkəzində olub.