Baş nazir ölkəni ChatGPT ilə idarə edirmiş

bas-nazir-olkeni-chatgpt-ile-idare-edirmis-1754595593
|
|

  İsveçin Baş naziri Ulf Kristerssonun "ChatGPT"dən istifadə etməsi sözügedən ölkənin cəmiyyətində hiddətə səbəb olub.

Referans Teleqraf-a istinadla xəbər verir ki, hökumət başçısı süni intelletdən alternativ fikir almaq və ölkəni necə idarə etmək barədə rəylər aldığını etiraf edib.

"Mən "ChatCPT"dən tez-tez istifadə edirəm. Ən azı ikinci rəy almaq üçün. "Başqa ölkələrdə nə edilib? Biz bunun əksini düşünməliyikmi?", - deyə o bildirib.

Bir qrup insan ChatGPT-ni deyil, Kristerssonu ölkəyə rəhbərlik etmək üçün seçdiklərini bildiriblər.