İran Azərbaycana qarşı “bulud müharibəsi” aparır – İNANILMAZ

iran-azerbaycana-qarsi-bulud-muharibesi-aparir-inanilmaz-1754628398
|
|

  İranın ali rəhbəri Əli Xameneinin ofisinin qəzeti olan “Keyhan” son günlərdə Aralıq dənizindən İrana doğru gələn bulud kütlələrinin istiqamətində dəyişiklik olduğunu iddia edir. Qəzet yazır ki, əvvəllər Türkiyə vasitəsilə İrana daxil olan buludlar guya artıq sərhədlərə çatmadan birbaşa Bakıya yönəlir. Məqalədə bu dəyişiklik “düşmənlərin iqlim müdaxiləsi” olaraq qiymətləndirilir və xüsusilə Türkiyədə fəaliyyət göstərən İsrail şirkətlərinin “iqlim dəyişikliyi layihəsi” adı altında bu prosesi idarə etdiyi vurğulanır.

Referans xəbər verir ki,Globalinfo.az-a danışan ekoloq Ənvər Əliyev deyib ki, buludların istiqamətini dəyişdirmək qeyri-mümkündür.

Onun sözlərinə görə, Qərbdən, xüsusilə Atlantik okeanının rütubətli hava axınları, Azor antisiklonu Avrasiya materikinin qərb hissəsinə təsir göstərir:

“Bu hava kütlələri Avropada ildə 1000 mm-dən çox yağıntıya səbəb olur. Nəticədə hava kütlələri  materik boyunca şərqə doğru hərəkət etdikcə yağıntının miqdarı tədricən azalır və nəhayət, Cənubi Qafqaza, o cümlədən Azərbaycana nisbətən quru şəkildə çatır. Bu isə təbiətin milyon illərlə formalaşmış planetar qanunauyğunluğudur ki, süni şəkildə dəyişiklik etmək mümkün deyil.

Təbii olaraq burada insan fəaliyyətinin təsiri qeyri-mümkündür. Son iki-üç ildə Azərbaycanda tarixən formalaşmış təbiət hadisələrinin təkrarlanmasının göstəricisidir. Zaman-zaman iqlimə süni müdaxilə ideyaları səslənsə də, Azor antisiklonları kimi iri hava sistemlərinə nəzarət etmək və ya onların istiqamətini dəyişmək mümkün deyil. Belə fikirlər, sadəcə, elmi reallıqdan uzaq və primitiv yanaşmalardır”.

 
Mütəxəssis bildirib ki, yağıntılar və iqlim dövri proseslərə tabedir:

“Qərbdən gələn hava axınları əsas yağıntı mənbəyimizdir və onlara mane olmaq, onların qarşısını almaq mümkün deyil. Əksinə, bu təbii prosesləri düzgün başa düşmək və uyğunlaşmaq lazımdır. İran üzərindən keçən hava kütlələri və Azor antisiklonunun dolayı təsiri nəticəsində bölgədə rütubətlilik artıb. Çaylarda daşqınlar, Bakıda müşahidə olunan sel hadisələri də bu təbii reallıqların nəticəsidir. Nəticə olaraq, iqlim dəyişikliklərinə qarşı mübarizə deyil, uyğunlaşma və qabaqlayıcı tədbirlər lazımdır. Havanı dəyişmək mümkün olmasa da, ona necə cavab verdiyimiz bizim iqlimə münasibətimizi müəyyən edəcək”.

İqlimşünas Məhərrəm Mehdiyev də qeyd edib ki, buludların hərəkət istiqamətini insan müdaxiləsi ilə dəyişmək iddiaları əsassızdır:

“Mən qlobal iqlim dəyişmələri üzrə mütəxəssisəm, iqlimdə baş verən hadisələri və ona təsir edən amilləri araşdırıram. İqlim dəyişmələrinin qarşısını almaq üçün hansı tədbirlərin görülə biləcəyini də öyrənirəm. Buludlar küləyin köməyi ilə müəyyən istiqamətdə hərəkət edir. Onu nə təyyarələr, nə digər texnoloji vasitələr istiqamətləndirə bilər. İctimaiyyət bu məqaləni yazandan ağıllıdır. Belə bir cəfəngiyatı qəzetə yazmaq normal hal deyil. Buludu necə kəndirlə bağlayıb aparmaq olar axı