ŞAD XƏBƏR! Tramp 907-ci düzəlişi LƏĞV EDİR

sad-xeber-tramp-907-ci-duzelisi-legv-edir-1754631129
|
|

  ABŞ prezidenti Donald Tramp 1992-ci ildə qəbul edilmiş və Azərbaycana dövlət yardımını məhdudlaşdıran “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəlişin icrasının dayandırılması barədə qərar imzalayacaq.

Referans xəbər verir ki, bu mühüm sənəd Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri zamanı – avqustun 8-də rəsmiləşdiriləcək.

 
Azərbaycan və ABŞ liderləri arasında qurulan strateji tərəfdaşlığın növbəti göstəricisi sayılan bu addım, üç onillikdən artıq müddətdə qüvvədə olan bir haqsızlığı aradan qaldıracaq.

Xatırladaq ki, ABŞ Konqresi 1992-ci ildə Ermənistanın Azərbaycana qarşı təcavüzü fonunda, rəsmi Bakının guya Yerevana “blokada” tətbiq etdiyi iddiası ilə Azərbaycana birbaşa dövlət yardımını qadağan edən 907-ci düzəlişi qəbul etmişdi.

Sonrakı illərdə bir sıra ABŞ prezidentləri bu düzəlişin icrasını müvəqqəti olaraq dayandırsa da, Co Bayden administrasiyası onu yenidən gündəmə gətirərək Azərbaycana siyasi təzyiq vasitəsinə çevirməyə çalışmışdı.(KONKRET.az)