Türkiyə Superliqasında yeni mövsüm “Qalatasaray”ın oyunu ilə start götürür

08.08.2025
-
12:27
|
|
Bu gün Türkiyə Superliqasında 2025-2026-cı illər mövsümünə bir oyunla start veriləcək.
Referans xəbər verir ki, son çempion “Qalatasaray” səfərdə “Qaziantep”in qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Meydan sahibləri ötən il liqanı 14-cü yerdə bitirmişdi.
İstanbul təmsilçisi bu matçda dörd futbolçu - Viktor Osimhen, Mauro İkardi, Alvaro Morata ve Derrik Könün xidmətindən yararlana bilməyəcək.