Pensiyalar bu tarixdə tam ödəniləcək

08.08.2025
-
15:05
|
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 22-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
Referans xəbər verir ki , bu barədə Metbuat.az-ın sorğusuna cavab olaraq DSMF-dən məlumat verilib.
Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.