Mərkəzi Bank kreditlərlə bağlı məcburi göstəriş verdi

merkezi-bank-kreditlerle-bagli-mecburi-gosteris-verdi-1754658087
|
|

  Azərbaycan Mərkəzi Bankı( AMB) “Hacıoğlu Kredit İttifaqı”, “Stimul” Kredit İttifaqı və “İnci Kredo” Kredit İttifaqı MMC-lərə icrası məcburi göstəriş verib.

Bu barədə Referans  AMB  istinadən xəbər verir.

 
Məlumata görə, “Stimul” Kredit İttifaqı, “Hacıoğlu Kredit İttifaqı” və “İnci Kredo” Kredit İttifaqı tərəfindən 2025-ci ilin II rübünə hesabatlar təqdim olunmadığından “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələbi təmin edilməmiş, bu səbəblə “Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndinin tələblərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən kredit ittifaqlarına bu hesabatların təxirəsalınmadan və növbəti dövrlərdə vaxtında təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib