Metroda doğulan uşağa bu ad veriləcək - VİDEO 

metroda-dogulan-usaga-bu-ad-verilecek-videonbsp-1754659878
|
|

Bu gün səhər saatlarında Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında doğulan uşağa Cəsur adı veriləcək.

 

Referans  xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında körpənin nənəsi deyib.

 

O qeyd edib ki, uşağın anasını səhər həkim yoxlanışına aparırmış: “Yolda ağrıları oldu. Sağ olsunlar hamı kömək etdi, vətəndaşlar da, işçilər də. Hər ikisinin vəziyyəti yaxşıdır. Nəvəm oğlandır. Adını Cəsur qoymaq istəyirik”.

 

Bildirilib ki, bu, ananın 2-ci hamiləliyi olub.