İtkin düşən 22 yaşlı hamilə qadın tapıldı

08.08.2025
-
20:07
|
|
Avqustun 3-də itkin düşən 22 yaşlı Şəki rayon sakini Səbinə Davudova tapılıb.
Referans bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, S.Davudovanın avqustun 4-də yaşadığı ünvanı səbəbsiz tərk etməsi ilə bağlı ərazi üzrə polis orqanına məlumat daxil olub. Görülən tədbirlər nəticəsində o, şəhər ərazisində tapılıb.
Hazırda faktla bağlı polis şöbəsində təhqiqat aparılır.