Paşinyanın Trampla görüşü başa çatdı - FOTO/YENİLƏNDİ

trampla-pasinyan-arasinda-danisiqlar-basladi-1754678630
|
|

  ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş başa çatıb.

Referans xəbər verir ki, görüş 25 dəqiqə davam edib.

***

ABŞ Prezidenti Donald Tramp Ermənistanın Baş naziri Nikol Paşinyanı Ağ Evin önündə rəsmi olaraq qarşılayıb.

Referans xəbər verir ki, onlar media nümayəndələri qarşısında qısa müddətli söhbət aparıblar.

Hazırda görüş iki liderin bağlı qapılar arxasında ikitərəfli müzakirələrlə davam edir.  

 ***

Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında danışıqlar başlayıb.

Referans  xəbər verir ki, danışıqlar Oval Ofisdə keçirilir.