Qəbələdə yanğın törədən şəxs saxlanıldı

qebelede-yangin-toreden-sexs-saxlanildi-1754721640
|
|

  Qəbələ rayonunun Zarağan kəndi ərazisində yanğın hadisəsi törədən şəxs saxlanılıb.

Referans xəbər verir ki, bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla yanğının rayon sakini, 1969-cu il təvəllüdlü Kazım Soltanov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 6 sot ərazidə məişət tullantıları və kol-kos yanıb.

K.Soltanovun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq ixtisaslaşdırılmış xəstəxanaya yerləşdiriləcək.