Sumqayıtda evdən 45 min oğurlandı, yerinə etibarsız əskinas qoyuldu

09.08.2025
-
15:54
|
|
Sumqayıtda 45 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Referans-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt şəhəri ərazisində yerləşən evlərin birindən 45 min manat pul oğurlanıb və vəsaitin əvəzinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub.
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 44 yaşlı C.Cabbarova müəyyən olunaraq saxlanılıb.