Britaniya qırıcı təyyarəsi Yaponiyaya təcili eniş etdi

10.08.2025
-
10:10
|
|
Bu gün Britaniyaya məxsus "F-35" səssiz qırıcısı texniki nasazlıq səbəbindən Yaponiyanın cənub-qərbindəki Kaqoşima hava limanında fövqəladə eniş edib.
Referans xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Yaponiya hava limanı rəsmilərinin verdiyi məlumata görə, hadisə yerli vaxta səhər 11:30 radələrində baş verib. Nəticədə hava limanında uçuş-eniş zolağı təxminən 20 dəqiqə bağlandığından bəzi kommersiya uçuşlarının gediş və gəlişlərində fasilə yaranıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. /teleqraf
Sosial mediada paylaş