Xaçmazda çaqqallar kənd sakinlərinə hücum etdi - Yaralananlar var

10.08.2025
-
10:38
|
|
Xaçmazda bir neçə çaqqal kənd sakinlərinə hücum edib.
Referans Report-a istinadən xəbər verir ki, hadisə Xaçmaz rayonunun Əhmədoba kəndində baş verib.
Çaqqallar həyətyanı sahəyə girərək bağda fındıq yığan 3 nəfəri dişləyib.
Belə ki, xəsarət alan kənd sakinləri - 1956-cı il təvəllüdlü V.Məmmədəliyeva, 1971-ci il təvəllüdlü İ.Hacıyev və 1971-ci il təvəllüdlü X.Quliyeva Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Yaralılara ilkin tibbi yardım göstərilib, onlara quduzluq əleyhinə vaksin vurulub.
Faktla bağlı araşdırma aparılır.