Rusiyada əcnəbilər üçün dövlət rüsumları artırılır

10.08.2025
-
11:03
|
|
Sentyabrın 1-dən Rusiyada əcnəbilərin qeydiyyatı, miqrasiya uçotu və iş icazələrinin rəsmiləşdirilməsi üzrə dövlət rüsumları dəyişəcək.
Bu barədə Rusiya İctimai Palatasının üzvü Yevgeni Maşarov məlumat verib.
Yeni rüsumlar belə olacaq:
Müvəqqəti qeydiyyat – 500 rubl (hazırda pulsuzdur)
Viza müddətinə bağlı olmayan qalma müddətinin uzadılması – 1 000 rubl
İş icazəsi və ya patentin verilməsi/uzadılması – 4 200 rubl
İcazə sənədinin dublikatı və ya dəyişiklik edilməsi – 2 100 rubl
Daimi yaşayış qeydiyyatı – 1 000 rubl (hazırda 420 rubl)
Maşarovun sözlərinə görə, bu dəyişikliklər qanuni əmək miqrantlarına ciddi təsir etməyəcək, lakin qeyri-qanuni miqrasiyanın azalmasına səbəb ola bilər./teleqraf