Kamçatkada güclü zəlzələ oldu

10.08.2025
-
11:54
|
|
Kamçatka bölgəsində 6,0 maqnituda ilə zəlzələ qeydə alınıb.
Referans xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin regional filialı məlumat yayıb.
Seysmoqrafların bildirdiyinə görə, zəlzələnin ocağı 33 km dərinlikdə yerləşib və episentri Petropavlovsk-Kamçatkadan 215 km məsafədə olub.
Hadisə nəticəsində dağıntı və ya xəsarət alanlar barədə hələlik rəsmi açıqlama yoxdur./globalinfo.az