Bu ərazilərində işıq olmayacaq

11.08.2025
-
16:15
|
|
Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan bir sıra ərazilərdə təmir-bərpa işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Referans xəbər verir ki, "Azərişıq"dan "APA-Economics"ə verilən məlumata görə, tlektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə
Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 11 avqust tarixində 35/6 kV-luq 91 saylı yarımstansiyadan qidalanan bir sıra 6 kV-luq hava xətlərində təmir
işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 15:30-dan 16:30-dək Mehdiabad qəsəbəsi və Binəqədi kəndinin yeni yaşayış massivində elektrik enerjisinin verilişində
məhdudiyyət yaranacaq. İşlər yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.