Qurban Qurbanov “Spartak”ın baş məşqçisi olacaq?

11.08.2025
-
22:35
|
|
“Spartak” (Moskva) komandasından təklif almamışam.
Referans xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bildirib.
“Mətbuatda belə xəbər oxumuşam. Amma mən Rusiya klubundan təklif almamışam”, – Q.Qurbanov söyləyib.
Qeyd edək ki, Rusiya mətbuatı “Spartak”ın baş məşqçiliyə namizəd siyahısında Qurban Qurbanovun da yer aldığı barədə xəbər yayıb.