Qurban Qurbanov “Spartak”ın baş məşqçisi olacaq?

qurban-qurbanov-spartakin-bas-mesqcisi-olacaq-1754936208
|
|

  “Spartak” (Moskva) komandasından təklif almamışam.

Referans xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bildirib.

“Mətbuatda belə xəbər oxumuşam. Amma mən Rusiya klubundan təklif almamışam”, – Q.Qurbanov söyləyib.

Qeyd edək ki, Rusiya mətbuatı “Spartak”ın baş məşqçiliyə namizəd siyahısında Qurban Qurbanovun da yer aldığı barədə xəbər yayıb.