Ukraynanın xeyrinə ərazi mübadiləsi olacaq: bu yerləri qaytaracam – Tramp

11.08.2025
-
23:46
|
|
Rusiya ilə Ukrayna arasında ərazi mübadiləsinə dair razılaşmalar olacaq.
Referans xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Bəzi mübadilələr, ərazi dəyişiklikləri olacaq”, – o bildirib.
Tramp mümkün mübadilələrin “Ukraynanın xeyrinə” olacağını qeyd edib:
“Bu yaxşı bir şeydir, pis deyil”.
Tramp bildirib ki, Ukraynaya bəzi əraziləri geri qaytarmağa çalışacaq. O, həmçinin ən dəyərli hesab etdiyi ərazilərin sahilboyu ərazilər olduğunu bildirib./globalinfo.az