Rusiyanı dəhşətə salan hücum: Ukrayna yeganə zavodu vurdu

rusiyani-dehsete-salan-hucum-ukrayna-yegane-zavodu-vurdu-1754985376
|
|

  Ukrayna Rusiyanın Orenburq Helium Zavoduna zərbə endirib.

Referans  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki mənbələr məlumat yayıb.

Ukrayna hərbi kəşfiyyatının hədəf aldığı zavodun Rusiya hərbi-sənaye kompleksinin əsas obyektlərindən biri olduğu bildirilir.

 
Hadisə şahidləri bölgədə dronların uçuşunu gördüklərini və zavod ərazisində bir neçə partlayışın baş verdiyini deyiblər.

Qeyd edək ki, Orenburq helium zavodu – Rusiyada helium istehsal edən yeganə müəssisədir və Avropanın da ən böyük zavodlarından biridir. Zavodun illik gücü təxminən 15 milyard kubmetr təbii qazın emalına bərabərdir(Globalinfo.az)