Tramp Rusiyaya səfər edə bilər – Ağ Ev

ABŞ Prezidenti Donald Trampın gələcəkdə Rusiya Federasiyasına səfəri tamamilə istisna edilmir.
Referans xəbər verir ki, bu barədə Ağ Evdən rəsmi açıqlama verilib.
Məlumatda bildirilir ki, ABŞ və Rusiya arasında diplomatik əlaqələrin davam etdirilməsi və mövcud münaqişələrin həllinə dair dialoqun qurulması üçün müxtəlif səviyyələrdə danışıqların aparılması vacibdir.
Prezident Trampın Rusiyaya səfər etməsi isə bunun bir hissəsi kimi nəzərdən keçirilə bilər.
Ağ Ev nümayəndələri əlavə ediblər ki, belə səfər iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması üçün bir fürsət ola bilər və strateji dialoqun inkişaf etdirilməsi baxımından önəmlidir. Həmçinin, bu cür görüşlər regional və qlobal təhlükəsizlik məsələlərində anlaşmanın genişlənməsinə şərait yarada bilər./Globalinfo.az