Ukrayna üçün qorxunc ssenari: Putin Trampdan bunları tələb edəcək – ŞOK SİYAHI

ukrayna-ucun-qorxunc-ssenari-putin-trampdan-bunlari-teleb-edecek-sok-siyahi-1755024532
|
|

  Bəzi media orqanlarının iddiasına görə, avqustun 15-də Alyaskada keçiriləcək Putin-Tramp görüşü ərəfəsində Rusiya liderinin tələblərini Kremlin müşaviri səsləndirib.

Referans nəşrin dərc etdiyi siyahıya əsasən, Moskvanın şərtlərini təqdim edir:

Ukrayna Silahlı Qüvvələrinin Donbassdan çıxarılması;

Donbass istisna olmaqla, digər istiqamətlərdə cəbhə xəttini saxlayaraq Rusiya qoşunlarının Sumı, Dnepropetrovsk və Xarkov vilayətlərindən çıxarılması;

Ukraynanın NATO-ya qoşulmamaq öhdəliyi;

Ukraynanın demilitarizasiyası və federal strukturun konstitusiya islahatı;

Mənbə yazır ki, əgər Kiyev bu tələbləri qəbul etməsə, Putin Trampdan Ukraynaya bütün hərbi yardımı dayandırmasını, həmçinin Avropa ölkələrinə silah satışını məhdudlaşdırmasını istəyəcək ki, həmin silahlar Ukraynaya keçməsin.//Globalinfo.az