Polis bu şəxslə bağlı əhaliyə MÜRACİƏT EDİB

polis-bu-sexsle-bagli-ehaliye-muraciet-edib-1755066422
|
|
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə elan saytlarında vətəndaşları aldatmaqda şübhəli bilinən 28 yaşlı Orxan Hüseynov saxlanılıb.

 
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  Referans-a  bildirilib ki, o, ev heyvanları satmaq adı ilə saytlarda yalan elanlar yerləşdirib və onlayn yolla alıcıların maddi vəsaitini ələ keçirib.
 
 
 
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.