Tiflis yaxınlığında zəlzələ oldu

13.08.2025
-
12:18
|
|
Gürcüstanın Tsalka şəhərindən (Kvemo Kartli bölgəsi) 3 km və Tiflisdən 37 km məsafədə yerli vaxtla saat 10:08-də 3,2 maqnitudalı zəlzələ qeydə alınıb.
Məlumata görə, bu barədə Milli Seysmoloji Monitorinq Mərkəzindən bildirilib.
Zəlzələ ocağı 10 km dərinlikdə, episentri isə Kvemo Xaraba kəndindən 1 km məsafədə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.//Report
Sosial mediada paylaş