Bir ildə Azərbaycanda 19 nəfər cəzaçəkmə müəssisələrindən qaçıb

13.08.2025
-
17:13
|
|
2024-cü ildə Azərbaycanda cəzaçəkmə müəssisələrindən qaçmağa nail olan 19 nəfər axtarışa verilib.
Bu barədə Referans-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib.
Qeyd edilib ki, görülən axtarış tədbirləri nəticəsində cəzaçəkmə müəssisələrindən qaçan 19 nəfərdən 6-sının yeri müəyyən edilib.
Ötən il cəza çəkməkdən qaçdığına görə axtarılan şəxslərin sayı isə 55 nəfər olub. Onların 42 nəfərinin yeri müəyyən edilib.
Sosial mediada paylaş