“Azərbaycana qoşun yeridək” – Rusiyadan Azərbaycana təhdid

14.08.2025
-
09:55
|
|
Rusiya Dövlət Dumasının müdafiə komitəsinin üzvü Andrey Kolesnik Azərbaycanı və hökumətini hədəf alan sərt və etikadan uzaq açıqlama verib.
Referans musavat-a istinadən xəbər verir ki, O, dövlət rəhbərliyinin ünvanına təhqirlər yağdırıb.
Kolesnik Bakının Ukraynaya 2 milyon dollarlıq yardım göndərməsi fonunda Rusiyanın “istənilən vaxt bölgəyə qoşun yeridə biləcəyini” söyləyib. Digər deputat Andrey Quruylev isə bundan da irəli gedərək, Moskvadan Azərbaycana qarşı iqtisadi sanksiya — “import qadağası” və Rusiyadakı azərbaycanlı sahibkarlara qarşı “təzyiqlər” çağırışı edib.
Sosial mediada paylaş