Hindistanda güclü yağışlar 37 nəfərin həyatına son qoydu - 100-dən çox yaralı var

14.08.2025
-
19:35
|
|
Hindistanın Kəşmir bölgəsində güclü yağışlar nəticəsində əksəriyyəti zəvvarlar olmaqla 37 nəfər həyatını itirib.
Referans xəbər verir ki, Kəşmir polisinin məlumatına görə, hadisə nəticəsində 100-dən çox yaralı qeydə alınıb.
Qurbanların əksəriyyətinin "Machale Mata" məbədinə gedən zəvvarlar olduğu bildirilib.
"65 nəfər xilas edilib, ərazidə axtarış-xilasetmə əməliyyatlarının davam etdirilir. Mərkəzi Sənaye Təhlükəsizliyi Qüvvələrinin (CISF) bir əməkdaşının cəsədi tapılıb, daha üç nəfər isə itkin düşüb", - polisin məlumatında qeyd edilib./teleqraf
Sosial mediada paylaş