Ərdoğanla Rutte Alyaska görüşünü müzakirə etdilər

14.08.2025
-
20:05
|
|
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO Baş katibi Mark Rutte arasında telefon danışığı baş tutub.
Referans xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatında deyilir.
Tərəflər Rusiya-Ukrayna müharibəsindəki son durumu, İstanbul danışıqlarının perspektivini müzakirə ediblər.
Ərdoğan Ukrayna ilə Rusiya arasında daimi atəşkəsə nail olmaq üçün Türkiyənin başlatdığı İstanbul danışıqlarında irəliləyiş əldə edildiyini ifadə edərək, bu prosesin humanitar sahədə də müsbət irəliləyişlərə şərait yaradacağına inandığını bildirib.
Alyansın rəsmisi ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında keçiriləcək Alyaska Sammitini dəyərləndirib.
Sosial mediada paylaş