Kəlbəcərdə 54 yaşlı kişi qayadan yıxılaraq ölüb

kelbecerde-54-yasli-kisi-qayadan-yixilaraq-olub-1755233763
|
|

  Kəlbəcərdə bədbəxt hadisə baş verib.

Referans xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Rəhimli kəndində qeydə alınıb.

Məlumata görə, Gəncə şəhər sakini, 1971-ci il təvəllüdlü U. Verdiyev, kənd ərazisində ehtiyatsızlıqdan qayadan yıxılaraq ağır xəsarətlər alıb və hadisə yerində ölüb.

 
Faktla bağlı araşdırma aparılır