Üç hava limanın fəaliyyəti dayandırıldı

uc-hava-limanin-fealiyyeti-dayandirildi-1755239400
|
|

  Rusiyanın Tambov, Samara və Saratov hava limanları uçuşların qəbulunu və göndərilməsini dayandırıb.

Referans  xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

 
Belə məhdudiyyətlər PUA-ların Rusiya regionlarına hücum riski ilə əlaqədar tətbiq edilib.
Əvvəllər Tambov eyni məhdudiyyətləri avqustun 4-də tətbiq edib və qadağa üç saat davam edib.

Saratovda avqustun 14-nə keçən gecə hava limanında tədbir təxminən üç saat ərzində qüvvədə olub.(KONKRET.az)