“Fənərbağça”nın iki yeni hədəfi: Siyahıda görün kimlər var

fenerbagcanin-iki-yeni-hedefi-siyahida-gorun-kimler-var-1755241072
|
|
Kerem transferində təklif etdiyi məbləği azaldan "Fənərbağça" yeni 2 hədəfə yönəlib.

 "Sarı-lacıvərdlilər" "Real Madrid"dən Andrey Lunin və "Bayer" Ekcekiel Palaciosu heyətinə cəlb etmək istəyir.

Bu barədə jurnalist Samet Çayır məlumat yayıb.

İstanbul klubu argentinalı yarımmüdafiəçi üçün Leverkuzen təmsilçisinə 20 milyon avro təklif edib. Oyunçunun özünə isə 4.5 milyon avro məvacib önərilib.

Luninin isə "kral klubu" ilə 2030-cu ilin yayına qədər müqasiləsi var. Bu keçidin baş tutmağı asan görünməsə də, "Fənərbağça" ukraynalı qapıçını heyətinə qatmaqda iddialıdır./Offsideplus.az