Tələbə qız faciəli şəkildə DÜNYASINI DƏYİŞDİ 

nbsp-samaxida-agir-qeza-telebe-qiz-facieli-sekilde-helak-olub-foto-1755241760
|
|


Xəbər verdiyimiz kimi, avqustun 13-də Şamaxıda ağır yol qəzası baş verib. Nəticədə 23 yaşlı Leyla Qasımova aldığı xəsarətlərdən həyatını itirib. Mərhum Qərbi Kaspi Universitetinin III kurs İnformasiya texnologiyaları ixtisasında təhsil alırdı.

Referans  xəbər verir ki, bu barədə Universitetin sosial şəbəkə hesabında məlumat paylaşılıb.
 

Qeyd edək ki, sözügedən qəza saat 12 radələrində rayonun Çöl Göylər kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişin,  23 yaşlı Leyla Qasımova aldığı xəsarətlərdən ölüb, eləcə də 3-ü azyaşlı olmaqla 5 nəfər xəsarət alıb.